Ronaldonun 485 minliks saatı
- 09 Yan 2020 13:48
- 916
"Yuventus"un lideri Kriştiano Ronaldo bu dəfə yeni saatı ilə gündəmə gəlib.
Rekord.az xəbər verir ki, 14-cü Beynəlxalq Dubay Beynəlxalq İdman Konfransında iştirak edən portuqal ulduzun qolunda nadir və olduqca bahalı brend saat - "Rolex" görüntülənib.
“GMT-Master” şirkətinin istehsal etdiyi saat 18 karatlıq ağ qızıl və 30 karatlıq ağ brilyantdan ahzırlanmış nadir nüsxələrdəndir. Bu saatın dəqiq qiyməti 485 min 350 dollar (845 min manat) təşkil edir.
35 yaşlı Ronaldonun saat kolleksiyasında “Roleks”in xüsusi yeri var. Məhdud sayda istehsal olunan 130 min avroluq “Jacob&Co.”nun saat da ona məxsusdur. Frank Müllerin hücumçu üçün hazırladığı ən bahalı saatın qiyməti isə dodaq uçuqladır - 1.5 milyon dollar.