Deyəsən, Pol Poqba “Mançester Yunayted”də qalmağı planlaşdırır.

Rekord.az xəbər verir ki, Poqba fikrini dəyişib və klubla yeni müqavilə bağlamağa hazırdır.

İngiltərə mətbuatı iddia edir ki, fransız futbolçu Kriştiano Ronaldonun gəlişindən sonra fikrini dəyişib.

Poqba hesab edir ki, Ronaldonun transferindən sonra klub titul uğrunda mübarizədə əsas favoritlərdəndir. O, cari mövsümdə Premyer Liqada 4 oyun keçirib və 7 qol ötürməsi edib.