“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Kriştiano Ronaldo haqda danışıb.

Rekord.az xəbər verir ki, Qasperini Kriştianonun A seriyasına çox şey verdiyini deyib.

O, futbolçunun İngiltərəyə qayıtmasından məyus olduğunu da bildirib:

“Mançester Yunayted”də onun işləri yaxşı alınır. Ronaldo A seriyasına da rəng qatırdı. Onun İngiltərəyə qayıtması şəxsən məni məyus etdi. Ona görə ki, mən İtaliyada ən yaxşı futbolçuların oynamasını istəyirəm”.

“Atalanta” noyabrın 2-də ÇL-in qrup mərhələsinin 4-cü turunda “Mançester Yunayted”i qəbul edəcək.