Ronaldonun qardaşına cinayət işi açıldı
- 06 Dek 2020 12:30
- 577
Turin prokurorluğu “Yuventus”un hücumçusu Kristiano Ronaldonun qardaşı Huqo Dinarte Santos Aveyroya qarşı fırıldaqçılıq ittihamı ilə cinayət işi açıb.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə Aveyronun sahib olduğu "Mussara" şirkətinin Turinin "Pegaso" şirkətindən üzərində Ronaldonun muzeyinin loqosu olan 500 min avro dəyərində köynəklər sifariş verib. Ancaq bu məbləğin cəmi 150 min avrosu vasitəçiyə ödənilib. Daha sonra "Mussara" köynəklərin istehsalının dayandırılmasını istəyib. Şirkət eyni zamanda hazırlanmış köynəklərin hər biri üçün qarşı tərəfə 4 avro təklif edib.
"Pegaso"nun baş verənlərə görə Aveyronu məhkəməyə verdiyi bildirilib.