Ronaldonun xəsarət yetirdiyi xanım danışdı
- 17 Sen 2021 16:45
- 652
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz" ilə oyundan əvvəl məşq zamanı təsadüfən topla xəsarət yetirdiyi qadın stüart açıqlama verib.
Rekord.az "Blick"ə istinadən xəbər verir ki, o, hadisələri necə xatırladığını danışıb: "Çox güclü zərbə oldu. Mən yıxıldım Sonra Ronaldonu yuxarıda gördüm və düşündüm: "Tanrı, mən öldümmü?" Ronaldo cavab verdi: "Xeyr. Bağışlayın! Nə olub? Sağlamsan?" Çox ağrıyırdım, amma Kriştianonu görəndə baş ağrısı yox oldu".
Xatırladaq ki, Ronaldo həmin qadına öz formasını hədiyyə edib.