"Yuventus"un prezidenti Andrea Anyelli Kriştiano Ronaldonun Turin klubuna keçməsindən peşman olmadığını söyləyib.

Rekord.az xəbər verir ki, bu barədə o, "Corriere dello Sport"a açıqlamasında deyib: “Kriştiano Ronaldonun "Yuventus"a keçməsindən heç vaxt peşman olmamışam. Keçmişə qayıda bilsəydim, bu sazişi yenidən edərdim. Pirlonun təyinatına görə də peşman deyiləm".

Xatırladaq ki, Ronaldo 2018-ci ildə "Real"dan "Yuventus"a keçib. O, bu mövsüm İtaliya A seriyasının 27 matçında iştirak edib, 25 qol vurub və 3 qolun ötürməsini verib.