"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

Rekord.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 36 yaşlı hücumçunu tərifləyib:

"Gənc oyunçularımız çoxdur. Onlar kluba dəyər qatırlar və "Yuventus"un gələcəyidirlər. Gənclər üçün nümunə olacaq təcrübəli futbolçular kimi Kyellini, Bonuççi və Ronaldo var.

Kriştiano çempion və ağıllı bir adamdır. Dünən onunla danışdım. Ronaldoya dedim ki, bu, vacib mövsümdür və o, daha çox məsuliyyət daşıyır. Çünki komanda gəncdir".