“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo qış transfer pəncərəsində “Çelsi”yə keçə bilər.

Rekord.az xəbər verir ki, 37 yaşlı superulduz yenidən London klubunun maraq dairəsinə düşüb.

“Zadəganlar”ın sahibi Todd Bouli Portuqaliya millisinin kapitanını komandasında görmək arzusundan vaz keçməyib. O, yayda Ronaldonu almaq istəsə də, həmin vaxtkı baş məşqçi Tomas Tuxel transferə razılıq verməmişdi. İş adamı indi də hazırkı çalışdırıcı Qrem Potterə bu variantı təklif edib.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.