"Yuventus"un hücumçusu Kriştiano Ronaldo A seriyasının 28-ci turunda bu gün "Benevento" ilə keçirilən oyundan (0:1) əvvəl xatirə hədiyyəsi alıb.

Rekord.az xəbər verir ki, klub prezidenti Andrea Anyelli portuqaliyalı futbolçuya üzərində GOAT (Greatest of all time - bütün zamanların ən yaxşısı) və 770 yazılmış forma təqdim edib.

Turin klubu 36 yaşlı oyunçuya futbol tarixinin ən yaxşı bombardiri olması münasibəti ilə bu jesti edib.

Xatırladaq ki, Ronaldo bir neçə gün əvvəl rəsmi oyunlardakı qol sayında Peleni (767) keçərək dünya rekorduna imza atıb.