Valeri Karpin dünən “Rostov”dan ayrılıb.

Rekord.az xəbər verir ki, o, bundan sonra Rusiya millisinin baş məşqçi postunu tutacaq.

“Rostov”un yarımmüdafiəçisi Danil Qlebov “instaqram”da Karpinin gedişinə belə münasibət bildirib:

“Sağ olun, məşqçi! Siz bizə inandız, bizi öyrətdiz. Siz bizi tez-tez söyürdüz, amma həm də sevirdiz. Necə ki, biz sizi.

Sizə uğurlar arzulayıram. Əgər darıxarsınızsa, harda görüşə biləcəyimizi özünüz yaxşı bilirsiniz”.