
“Rotasiyadan tam yararlanmağa çalışdıq”
- 14:40
- 39
"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 15-ci turunda "Sumqayıt"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
“Bu oyundakı qələbəni komandamızın həkiminə həsr edirik. Onun səhhətində problemlər vardı, uğurlu cərrahiyyə əməliyyatı keçirdi. Hazırda özünü yaxşı hiss edir. Bir müddətdir ki, bizimlə birgə deyil. İnşallah, ən qısa zamanda bir yerdə olacağıq. Rəqibi mübarizəsinə görə təbrik edirəm. Kapitan olmadan oynadıq, qələbəyə görə uşaqlara minnətdaram. Rotasiyadan tam yararlanmağa çalışdıq. Yaxşı oynadıq, bununla belə çatışmazlıqlar var. Bunları aradan qaldırıb sıx qrafiklə oynamağa başlayacağıq".
"Sumqayıt" - "Gəncə" matçı ikincilərin 91:80 hesablı qələbəsi ilə yekunlaşıb.