Rövnəq Abdullayev Canni De Byazi ilə görüşdü
- 19 Avq 2020 19:00
- 725
AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.
Rekord.az xəbər verir ki, AFFA prezidenti baş məşqçiyə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb.
Canni De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmiş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov görüşdə iştirak edib.