“Rubin”in maliyyə durumu o qədər də yaxşı deyil.

Rekord.az xəbər verir ki, Kazan klubunun təkcə “Ak Bars Arena”ya 40 milyon rubl borcu var.

Bu faktı klubun baş direktoru Rustam Saymanov da təsdiqləyib. Amma o, icarə haqqının yüksək olmasından da şikayətlənib.

Bir müddət əvvəl “Rubin”in baş məşqçisi Leonid Slutski qazondan şikayətlənmiş, buna görə stadionun aqronomlarını ittiham etmişdi.

Cavabında isə stadion rəhbərliyi klubun arenaya olan borcu barədə məlumat yaymışdı.