ABŞ-ın “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi komanda “Real Salt Lake” ilə üz-üzə gəlib.

Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2. 

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, “Feniks Rizinq” ilk turda “Kolambus Kryu” ilə qarşılaşmada 0:1 hesabıyla uduzmuş, ardından “Sportinq Kanzas Siti”yə 2:1 qalib gəlmişdi. Bu nəticələrdən sonra 6 xala malik “Feniks Rizinq” ikinci yeri tutub. “Kolambus Kryu” isə 7 xalla birinci olub.

Rüfət qış transfer pəncərəsi dövründə Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə keçib.