Rüfət Dadaşov qol vurdu, komandası qələbə qazandı
- 06 Sen 2020 15:40
- 592
Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Dadaşovun komandası “Las Veqas Layt”la qarşılaşıb. Görüş “Finiks Rayzinq”in 2:0 hesablı qələbəsiylə başa çatıb.
Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda sonuncu qolun müəllifi olub. Hücumçu 90+5-ci dəqiqədə fərqlənib.
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 8 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 23 xal toplayan “Finiks Rayzinq” isə B qrupunun birincisidir.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.