Rüfət Dadaşov zədəsini sağaltdı
- 28 Noy 2019 15:43
- 968
Millimizin futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb.
Rekord.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu "Bild" nəşrinə açıqlamasında bildirib. Həftənin əvvəli sol ayağındakı şiş keçməyən millimizin üzvü dünəndən komanda ilə məşqlərə başlayıb.
O, 3-cü Bundesliqasının 17-ci turunda keçiriləcək "Valdhof"a qarşı matçda iştirak etmək istədiyini söyləyib: "Ağrılara qarşı həblər var. Komandama kömək etmək istəyirəm. Bizə 3 xal çox lazımdır".
Qeyd edək ki, "Proyssen" - "Valdhof" oyunu noyabrın 30-da keçiriləcək.
Xatırladaq ki, R.Dadaşov ötən tur "Zvikkau" görüşdə (2:4) 85 dəqiqə oynamışdı.