Almaniyada təşkil olunan Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Rekord.az xəbər verir ki, 3-cü turun son günündə nəzərdə tutulan 4 matçdan ikisi başa çatıb 

E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Nəticədə bütün komandaların 4 xalı olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə qrupu 3-cü yerdə bitirən ən yaxşı 4 komandadan 1-i kimi pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.

AÇ-2024
E qrupu

25 iyun

Slovakiya – Rumıniya 1:1
Qollar: Andrey Duda, 24 – Razvan Marin, 37-pen.
Baş hakim: Daniel Zibert (Almaniya).
Frankfurt. “Valdstadion”.

Ukrayna – Belçika 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart. “MHP Arena”.

Xallar: Rumıniya – 4. Belçika – 4. Slovakiya – 4. Ukrayna – 4.