Rumıniya klubundan A Seriyasına
- 16 İyl 2023 18:54
- 264
“Kalyari” Rumıniyanın ÇFR klubunun qapıçısı Simone Skuffeti transfer edib.
Rekord.az xəbər verir ki, 27 yaşlı oyunçu ilə 2026-cı ilin ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Skuffet 2022/23 mövsümündə ÇFR-in heyətində 49 oyuna çıxıb, 46 qol buraxıb, 19 dəfə qapısını toxunulmaz saxlayıb.
Klaudio Ranyerinin çalışdırdığı Sardiniya təmsilçisi Çexiyanın “Sparta” klubundan yarımmüdafiəçi Jakub Janktonu da transfer edib.
“Kalyari” 2023/24 mövsümündən etibarən İtaliya A Seriyasında mübarizə aparacaq.