"Hazırda Bakıda deyiləm. Ayın axırı bura gələcəm"

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Estoniyanın "Narva Trans" klubundan ayrılan Nurlan Novruzov deyib.

Hücumçu qarşıdakı dönəm üçün planlarını da açıqlayıb:

"Nə yalan deyim. Hazırda yeri klublardan təklif almamışam. Amma indiki məqamda ölkə xaricinə getmək fikrim yoxdur. Yaya kimi ölkədə qalmaq istəyirəm. Ona kimi koronavirus bitsin, gedib rahat futbolumu oynayım".

Novruzov ölkəmizdən fərqli olaraq xarici klublardan təkliflər aldığını bildirib. Amma o, burada onun marağında olan klub tapılmasa, o zaman ölkə xaricinə uz tutacağını sözlərinə əlavə edib:

"Estoniyaya qayıtmaq variantım var. Rumıniyadan 2 komanda mənimlə maraqlanıb. Hər iki klub da super liqadandır. Açığı, Rumıniya variantı daha maraqlı gəlir. Xəstəliyə görə bir qədər düşüncəli qalmışam. Yəqin ki, dekabrın sonuna hər şey bəlli olacaq".