“Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge “Barselona”nın borcları barədə danışıb.

Rekord.az xəbər verir ki, Rummenigge borcun miqdarından dəhşətə gəldiyini deyib.

Ancaq o, “Barselona”nın bu situasiyadan çıxacağına da inandığını bildirib:

“Nahar edərkən, “Barelona”nın borcu haqda oxudum. Az qalmışdı ki, tikəm boğazımda ilişsin. Əgər “Bavariya”nın bu qədər borcu olsaydı, mən gecələr yata bilməzdim.

Amma hesab etmirəm ki, “Barselona” ilə bağlı nəsə baş verəcək. Belə klub kölgəyə çəkilə bilməz. Çünki bütün Kataloniya üçün böyük dəyərə sahibdir.

Bütün hallarda, “Barsa”nın bu qədər borcunun olmasına görə təəssüflənirəm. “Bavariya” bu yöndə hər kəs üçün nümunədir. Biz bir tərəfdən uğur qazanmaq istəyirik, digər tərəfdən də iqtisadi sabitliyə nail olmağa çalışırıq”