“Bavariya”nın idarə heyətinin sabiq sədri Karl-Haynts Rummenigge Superliqa ideyası haqda danışıb.

Rekord.az xəbər verir ki, Rummenigge bu ideyanın yersiz olduğunu bildirib.

O, bütün Avropa azarkeşlərinin də buna qarşı çıxdığını deyib:

“Superliqanı cəmisi 3 klub dəstəkləyir. 3 klubun iştirak edəcəyi bir turniri təsəvvür etmək çox çətindir.

Bunu təkcə mən demirəm. Avropadakı bütün azarkeşlər mənimlə həmrəydirlər. Reaksiya aydın idi.

İngiltərə, Fransa və Almaniyada heç bir klub odla oynamaq istəmədi. Onu da deyim ki, Superliqa ideyası aprel ayında deyil, çox erkən yaranmışdı”.