Ueyn Runi “Birmingem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Rekord.az “Mirror”a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə ingiltərəli mütəxəssislə yollarını ayırıb. Klubun yaxın vaxtlarda rəsmi açıqlama yayacağı gözlənilir.

Ueyn Runi 2023-cü ilin oktyabrından “Birmingem”i çalışdırırdı. Komanda onun rəhbərliyi altında 15 oyun keçirib, 2 qələbə qazanıb, 3 matçda uduzub və 4 oyunda heç-heçə edib.

“Birmingem” hazırda Çempionşipin turnir cədvəlində 20-ci yerdədir. Dünə komanda səfərdə “Lids”ə 0:3 hesabı ilə uduzub. “Birmingem” ardıcıl 5 rəsmi oyundur ki, qələbə qazana bilmir.