Rusiya daha bir beynəlxalq yarışdan məhrum oldu
- 25 Apr 2022 16:00
- 518
2022/2023 mövsümündə Rusiyada fiqurlu konkisürmə üzrə Qran-pri mərhələsi baş tutmayacaq.
Rekord.az xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (ISU) qərar verib.
ISU həmçinin Rusiya və Belarusun qurumun himayəsi altındakı digər yarışlara ev sahibliyi üçün namizədliyini verməyi qadağan edib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar bu ölkənin komandaları bir çox idman yarışından kənarlaşdırılıb.