Rusiya daha bir idman növündə zərbə aldı
- 04 Mar 2022 12:41
- 557
Dünya Taekvondo Federasiyası (WT) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyub.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə verilib. Qərar növbəti xəbərdarlığadək qüvvədə qalacaq.
Xatırladaq ki, buna qədər FİFA və UEFA da Rusiya klublarının və Rusiya milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb. Avropa Həndbol Federasiyası (EHF) və Beynəlxalq Çimərlik Futbolu Təşkilatı da Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Həmçinin, Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya yığmalarını və klublarını növbəti qərara qədər öz bayrağı altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb.