Rusiya daha bir zərbə ala bilər
- 11 Dek 2019 18:24
- 1180
WADA-nın idmançılar komitəsi Rusiyanın daha ağır sanksiyaya məruz qalmasını tələb edir.
Rekord.az xəbər verir ki, komitə Rusiya idmançıların yarışlarda neytral bayraq altında iştirakının da əleyhinədir. Bunun üçün İdman Arbitraj Məhkəməsinə müraciət etmək nəzərdə tutulur.
Bu gün komitənin iclası olacaq və yekun qərar veriləcək. VADA Rusiyanı 4 il müddətinə bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Rusiyalı idmançılar yarışlarda yalnız neytral bayraq altında iştirak edə bilərlər.
Rusiya beynəlxalq yarışları keçirmək hüququndan da məhrum edilib.