Rusiyanın “Ufa” klubu bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mayın 31-də sözləşmələri başa çatan oyunçuların müqavilələri yenilənib. Onların arasında azərbaycanlı futbolçu Azər Əliyev də var. Əliyevlə yanaşı Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılmış Rusiya Premyer Liqasının iyunun 21-də bərpa olunacaq. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.