Rusiya yığmasının baş məşqçisi Valeri Karpin ölkə prezidenti Vladimir Putinin fikirlərinə münasibət bildirib.

Rekord.az xəbər verir ki, Putin limitin ləğv edilməsini tələb edənlərlə razılaşmadığını bildirmişdi.

O, limit ləğv olunacağı təqdirdə, rusiyalı futbolçuların meydanda daha az olacağını əsas gətirmişdi və bildirmişdi ki, bu amil yığmanı zəiflədəcək. Karpin isə Putinlə razı olmadığını bildirib:

“Vladimir Vladimiroviç deyib ki, limiti saxlamaq lazımdır, mən isə deyirəm ki, yox. Mənim fikrim belədir ki, limit futbolun inkişafına mane olur.

Limitin ləğvi isə məndə asılı deyil. Elə etmək lazımdır ki, sağlam rəqabət olsun.

Avropada belədir ki, ittifaqa daxil olan ölkələrin futbolçuları legioner hesab edilmirlər. Qoy bizdə də belə olsun, Avropa ölkələrinin futbolçularına limit tətbiq edilməsin”.