![photo](https://www.rekord.az/storage/uploads/5/074433e3-7b24-37f0-8edc-5202f049636f-850.jpg)
Rusiya millisinin sabiq üzvü ilin sonunadək həbsdə qalacaq
- 03 Noy 2023 16:45
- 447
Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotiklə bağlı cinayət işi üzrə dekabrın 31-dək həbsdə qalacaq.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Krasnodar məhkəməsi qərar çıxarıb.
42 yaşlı keçmiş müdafiəçi oktyabrın 29-na keçən gecə polis tərəfindən saxlanılıb. Onun üzərindən satmaq məqsədilə 500 qram mefedron aşkarlanıb.
Buqayev ölkəsində "Torpedo", "Lokomotiv", "Krasnodar" kimi klublarda çıxış edib. O, 2004-2005-ci illərdə Rusiya yığmasının formasını geyinib.