![photo](https://www.rekord.az/storage/uploads/5/185361-qnt67pvy6w.jpg)
Rusiya Super Kubokunun qalibi bəlli oldu
- 15 İyl 2023 23:31
- 272
Rusiya Super Kubokunun qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, 2023/2024 mövsümünün açılış matçında Sankt-Peterburq "Zenit"i ilə Moskva ÇSKA-sı üz-üzə gəlib.
Kazandakı “Ak Bars Arena”da keçirilən görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan "Zenit" 5:4 hesabı ilə qalib gələrək kubokun sahibi olub.
Sankt-Peterburq təmsilçisi tarixində 8-ci dəfə Super Kuboku qazanıb və bu göstəricidə rekord qırıb.