Rusiya və Belarus şahmatçılarına qadağa
- 16 Mar 2022 20:40
- 589
Rusiya və Belarus yığmalarının Beynəlxalq Şahmat Federasiyasının (FİDE) himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulub.
Rekord.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Rusiya və Belarus şahmatçıları qurumun fərdi turnirlərində neytral statusda – milli simvollar olmadan iştirak edə bilərlər.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.