Rusiya və Belarus xizəkçiləri beynəlxalq yarışlardan uzaqlaşdırıldı
- 01 Mar 2022 21:20
- 533
Beynəlxalq Xizək Federasiyası (FIS) Rusiya və Belarus idmançılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.