Rusiya və Belarusa Pekin-2022 qadağası
- 03 Mar 2022 16:00
- 555
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakını qadağan edib.
Rekord.az xəbər verir ki, bu barədə IPC İdarə Heyətinin xüsusi iclasında qərar qəbul olunub. Qərar ümumilikdə 83 paralimpiyaçıya şamil edilib.
Xatırladaq ki, daha əvvəl ali qurum hər iki ölkə idmançılarının yarışlara neytral statusda buraxılmasına qərar verib. Bildirilib ki, onların mükafatları qeyri-rəsmi medal hesabında nəzərə alınmayacaq. Lakin sonda bu qərar da dəyişdirilib və sözügedən ölkələrdən gələn idmançıların yarışlara buraxılmaması qərara alınıb.
Pekin-2022 4-13 martda keçiriləcək.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.