Rusiyada çıxış edən hücumçumuz məğlub oldu
- 09 Dek 2019 09:23
- 886
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" 8-ci turda "Lokomotiv" ilə qarşılaşıb.
Səfərdə keçirilən görüş voleybolçumuzun komandası üçün uğursuz olub. 3 set davam etmiş matçda Liza və rəfiqələri quru hesablı məğlubiyyətə üzülüblər - 0:3 (12:25, 22:25, 17:25).
Sankt-Peterburq təmsilçisinin xalsız qaldığı oyunda voleybolçumuz 5 dəfə fərqlənib. Zədədən yeni qayıdan Səmədova bu xallardan 4-nü hücumda, 1-ni isə blokda qazanıb.