Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyuqurucumuzun formasını geyindiyi "Tulitsa" 25-ci turda "Dinamo Krasnodar" klubu ilə üz-üzə gəlib. 

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandası üçün pis başlayıb və Tula təmsilçisi ilk setdə məğlub olub. Növbəti hissədə rəqibinə daha ciddi müqavimət gəstərsə də "Tulitsa" yenə məyus olub. 3-cü set isə matçda sonuncu olub. Kristina və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (18:25, 23:25, 14:25).

Komandasının xalsız qaldığı görüşdə yığmamızın üzvü 1 dəfə fərqlənib. Təcrübəli toppaylayıcımız bu xal blokda qazanıb.