Rusiyada çıxış edən millimizin üzvü zədələndi
- 06 Noy 2019 12:00
- 905
Rusiyada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova zədələnib. "Rekord.az" xəbər verir ki, hücumçumuz şərəfini qoruduğu "Leninqradka"nın kubok yarışındakı oyununda ayağından zədə alıb.
"Leninqradka" bu mərhələnin son görüşündə Moskva "Dinamo"su ilə üz-üzə gəlib. Qarşılaşmanın 3-cü setinin əvvəllərində Səmədova oyun epizodunda komanda yoldaşı Alina Kuznetsova ilə toqquşub və ayağı burxulub. Topuğundan zədələnən Liza oyuna davam edə bilməyib. Nəticədə əsas hücumçusu olmadan oynayan "Leninqradka" məğlub olub.
Qeyd edək ki, millimizin də əsas oyunçularında olan Səmədovanın zədəsinin ciddi olduğu bildirilir.