Rusiyada klub prezidenti hakim-inspektorlar komitəsinin rəhbərini təhqir etdi
- 09 Dek 2019 14:25
- 815
Moskva ÇSKA-sının prezidenti Yevgeni Qiner Rusiya Hakim və Hakim-İnspektorlar Departamentinin rəhbəri Aleksandr Yeqorovu təhqir edib.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, federasiya rəsmisini yaramaz adlandıran Qiner onun güllələnməli olduğunu bildirib:
"Cənab Yeqorov yaramaz adamdır. Orada nə baş verdiyini bilmirəm. Amma bu, özbaşınalıqdır. Nə qədər ki o qovulmayıb, biz Rusiya çempionatının səviyyəsini qaldıra, Avropa və dünya çempionatlarında uğur qazana bilməyəcəyik. Amma ən yaxşısı qovmaq yox, güllələməkdir. Yoxsa heç nə dəyişməyəcək.
ÇSKA gənc komandadır, normal çıxış edir və mən futbolçularımızdan razıyam. Ancaq nə vaxt oyunumuzu bu cür bacarıqsız hakimlər idarə edirlər, hər şeyi korlayırlar. Bu mənim xoşuma gəlmir".
Qeyd edək ki, Premyer Liqanın XIX turunun "Krasnodar"la oyununda (1:1) baş hakim 3 dəfə oyunu saxlayıb, VAR-a baxsa da, səhv qərar verərək, Moskva klubunu qələbədən məhrum edib.