Rusiyada koronavirus pandemiyasına görə dayandırılan futbol oyunları bərpa olunandan sonra stadionlara azarkeş də buraxılacaq.

Rekord.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Oleq Matıtsin məlumat verib.

O, yerli mətbuata açıqlamasında Almaniyadakı futbol oyunlarının azarkeşsiz keçirilməsi barədə danışarkən bunları söyləyib:

“Azarkeşsiz oyunlardakı atmosfer çox qəribədi. Bu, alışdığımız durumdan qat-qat fərqlidi. Yetərli həyəcan görmürük. Bu üzdən də Premyer Liqa oyunlarına az sayda da olsa, azarkeşlərin buraxılması önəmlidi”.

Rusiya mətbuatının yaydığı məlumata görə, matçlara hər stadionun tutumunun 10 faizi qədər azarkeş buraxılacaq. 

Rusiya Premyer Liqasının iyunun 21-dən bərpa olunacağı açıqlanıb.