Rusiyada oynayan futbolçu AFFA-nın qabağında şərt qoydu ÖZƏL!
- 06 Sen 2021 15:00
- 1014
Moskva “Dinamo”sunun yetirməsi olan və bu ilin yayında “Ural”a transfer olunan hücumçu Mixail Ağayev AFFA-dan təklif alıb.
Rekord.az xəbər verir ki, federasiya bu futbolçunu milliləşdirmək istəyir.
Əldə etdiyimiz məlumata görə, futbolçu təklifə pis baxmır. Lakin müəyyən şərtləri var. Təbii ki, müəyyən məbləğdə pul alacaq, bu, öz yerində. Digər tələb isə birbaşa əsas millidə oynamaqdı. Halbuki, AFFA Mİxaili öncə U-21 millisində yoxlamaq istəyir. Futbolçu özü isə buna razı deyil.
Qeyd edək ki, Mixail Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarının formasını geyinib.