Uzun illərdən sonra fəaliyyətini bərpa edən «Avey»in Region Liqasında mübarizə aparmaq istəməsindən xəbərdarsız.

Rekord.az xəbər verir ki, yenidən futbol səhnəsinə qayıdan Ağstafa təmsilçisi yerli ictimiyyətə müraciət ünvanlayıb.

Klubun təşəbbüs qrupu onlardan maddi dəstək istəyib: «Klubun fəaliyyətini bərpa etməsində əməyi keçən hər bir ağstafalıya təşəkkürümüzü bildiririk.

Sevindirici haldır ki, klubumuzla maraqlanan, Rusiyadan və Azərbaycanın hər yerindən çoxsaylı ağstafalı iş adamı bizə müraciət edərək, «Avey»ə daha çox dəstək olmaq, maddi-texniki bazasını yaxşılaşdırmaq istədiklərini bildiriblər. Bütün bunları nəzərə alaraq, "Turan Bank"da bank hesabı açılıb".