Rusiyanın "Uralts TS" komandasının futbolçusu Yevgeni Sitnikov dünyasını dəyişib.

Rekord.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçinin yetirməsi olduğu "Amkar" klubu məlumat yayıb.

O, Perm - Yekaterinburq avtomobil yolunda qəzaya düşüb. Sitnikovla birlikdə maşında "Uralts TS"nin digər oyunçuları Kirill Koçetov, Kirill Mulnikov və Denis Fedoroçev də olub.

Hazırda xəstəxanada olan Koçetovun durumu ağırdır.