Xorvatiyanın "İnter" klubunun hücumçusu Sərdar Sərdarov Rusiyanın "Qol" nəşrinə geniş müsahibə verib. 

Rekord.az xəbər verir ki, Zapreşits təmsilçisindəki çıxışından danışan dağıstanlı forvard 3 il öncə Azərbaycan millisində oynamaq təklifini geri çevirməsinin səbəbini də açıqlayıb:

"Hazır deyildim. Mənə "Sumqayıt"a keçmək, Azərbaycan vətəndaşlığı almaq, daha sonra isə millidə oynamaq təklif olunmuşdu. Ancaq bütün bunlar mənim xoşuma gəlmədi. İndi də özümü hazır saymıram".

Qeyd edək ki, Sərdar hazırda 8 qolla Xorvatiya çempionatında ən sərrast 2-ci hücumçudur.