Rusiyalı MMA döyüşçüsü Aleksandr Pisarev 33 yaşında vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun yuxuda öldüyü,səhhətində  xroniki problemin olmadığı bildirilib. İlkin məlumata görə, onun ölümünə qida zəhərlənməsi səbəb olub.

Qeyd edək ki, Pisarev MMA üzrə Moskva çempionu, MMA üzrə Avropa çempionatının finalçısıdır.

Ümumilikdə, Pisarev MMA-da 5 döyüş keçirib. O, bu döyüşlərdə 3 qələbə qazanıb, 2 dəfə uduzub.