Rusiyanın 3 klubu "Milan"ın futbolçusu ilə maraqlanır
- 18 May 2020 15:45
- 898
“Spartak”, “Lokomotiv” və “Krasnodar” “Milan”ın uruquvaylı yarımmüdafiəçisi Dieqo Laksaltanı əldə etmək istəyir.
Rekord.az xəbər verir ki, bu barədə məlumat jurnalist Janluki Di Marionun rəsmi saytında yerləşdirilib.
27 yaşlı futbolçunun nümayəndələri artıq “Spartak”la əlaqə saxlayıb, “Lokomotiv” və “Krasnodar” isə uruquvaylı uğrunda mübarizəyə qoşulmağa hazırdırlar.
Dieqo Laksalt 2018-ci ildən “Milan”ın oyunçusudur. Bu mövsüm, İtaliya çempionatında 16 matç keçirib, yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.