“Yaxşı xəbər görmək arzusu ilə, tez-tez saytları izləyirəm. Dualarımız əsgərlərimizlədir”.

Rekord.az xəbər verir ki, bu sözləri "Sabah”ın futbolçusu Ruslan Abışov öz "feysbuk" səhifəsində yazıb.

32 yaşlı yarımmüdafiəçi paylaşımında bunları da qeyd edib: “Hələ ki, gücümüz dua etməyə çatır. Ürəyimiz prezidentimiz, ordumuz və vətənimizlədir.

İnanıram ki, qələbə bizim olacaq. Allah bütün əsgərlərimizi qorusun. Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Vətən sağ olsun!”.