Məlum olduğu kimi, "Turan Tovuz"un yeni baş məşqçisi böyük ehtimalla Kurban Berdiyev olacaq.

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis iyunun 18-də Azərbaycana gələcək.

Daha sonra onunla rəsmi müqavilə bağlanacaq, təqdimatı olacaq, köməkçiləri bəlli olacaq. Yəqin ki, əsas köməkçisini özü ilə gətirəcək. Yayılan məlumatlara görə, millimizin sabiq futbolçusu Ruslan Abışov da Berdiyevin məşqçilər korpusunda yer alacaq. Lakin Ruslanın qardaşı Sərxan Abışov yayılan xəbərlərin həqiqət olmadığını bildirdi: "Bunlar hamısı ehtimaldı. Ortada real heç nə yoxdur. Nə danışıq olub, nə də görüş. Berdiyev hələ iyunun 18-də Bakıya gələcək. Nə isə olsa belə, ondan sonra ola bilər".