Ruslan Abışovla Bəhlul Mustafazadə rinqə çıxdı VİDEO
- 30 Yan 2021 13:00
- 1012
"Sabah"ın kapitanı Ruslan Abışov sosial şəbəkədə maraqlı video paylaşıb.
Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "feysbuk"da komanda yoldaşı Bəhlul Mustafazadənin boks əlcəkləri ilə göstərdiyi məharətindən bəhs edib.
Abışov paylaşımında Mustafazadə üçün "Çox əsəbiləşib, çox" ifadəsini işlədib. Təcrübəli oyunçu az sonra həmin videonu silib.
Danimarkanın "Veyle" klubu Bəhlul Mustafazadə üçün "Sabah"a təklif göndərib. Lakin klub 24 yaşlı müdafiəçini buraxmaqdan imtina edib. Futbolçunun agenti Səbuhi Səfiyarlı oyunçunun qərardan məyus olduğunu bildirib.