"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub.

Rekord.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov qərb klubunun məşqçilər korpusunda yer alacaq.

36 yaşlı mütəxəssis 2013-cü ildə Kurban Berdıyevin rəhbərliyi altında "Rubin"də (Rusiya, Kazan) çıxış edib.

Abışov Tovuz klubu ilə 1 illik müqaviləyə imza atıb.