
Ruslan Əmircanov "Mingəçevir"in təklifini geri çevirdi ÖZƏL!
- 27 Mar 2023 15:00
- 1383
Şəhruz Mustafayevin istefasından sonra "Mingəçevir"in baş məşqçi postu hələ də boşdur.
Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi ilk növbədə mingəçevirli məşqçini iş başında görmək istəyir.
Hətta bu məqsədlə hazırda "Şamaxı-2"də çalışan Ruslan Əmircanova təklif də göndərilib. Lakin Əmircanov həmşəhərlilərinin təklifini geri çevirib. Deyilənə görə, buna səbəb futbolçunun və ailəsinin Bakıda yaşaması olub.