Azərbaycan atıcısı Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub.

Rekord.az xəbər verir ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının “Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib.

Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birinci olub.

Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur.