Rüstəm Əhmədzadə: “Millinin oyunlarını səbrsizliklə gözləyirəm”
- 30 Avq 2021 18:46
- 539
“Baş məşqçimiz güclü rəqibə qarşı mübarizə aparmağı, kompakt şəkildə hərəkət eməyi və rəqibin cinahlardan ötürmələrlə müdafiəmizi yarmağa imkan verməməyimizi tapşırmışdı”.
Rekord.az xəbər verir ki, bu sözləri Ukraynanın “Kolos” klubunda çıxış edən azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə “Sport.ua”ya açıqlamasında bildirib.
Ukrayna Premyer Liqasının 6-cı turunda Donetsk “Şaxtyor”u ilə görüşdə (1:1) komandasını məğlubiyyətdən xilas edən qolu vuran millimizin üzvü bu barədə fikirlərini bölüşüb. O, bu vacib qolu anasına həsr etdiyini bildirib: “Fikrimcə, güclü sınaqdan keçdik və heç-heçə üçün əlimizdən gələni etdik. Ədalət naminə rəqibin matçın 18-ci dəqiqəsindən azlıqda qalmasını da deməliyik.
Əlbəttə, Premyer Liqada bu mövsüm qol hesabımı açmaqdan çox məmnunam. Xüsusən də bunu Ukraynanın möhtəşəm bir komandasına qarşı oyunda etdiyim üçün şadam. Bu qolu anama həsr edirəm. İkinci isə atam üçün olacaq. Onlar mənim ən sadiq azarkeşlərimdir.
Bu qolun Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla oyununda vurulmasının əleyhinə deyiləm".
20 yaşlı hücumçu millimizin qarşıdakı görüşləri haqda da danışıb: “Sabah Lvovdan Almaniyanın Frankfurt şəhərinə yola düşəcəm. Oradan isə Lüksemburqa – matçın keçiriləcəyi şəhərə yollanacağam. Sonra bizi daha iki vacib görüş – İrlandiya və Portuqaliya ilə matç gözləyir. Bu qarşılaşamaları səbirzliklə gözləyirəm”.